Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
GünAz TV: Azərbaycan MDB-nin (Müstəqil Dövlətlər Birliyinin) azad ticarət zonasına (məntəqəsinə) qoşulmaqdan imtina etdi.
Oktyabrın (October) 18-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB hökumət başçıları Şurasının iclası keçirilib. MDB baş nazirlərinin toplantısında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Toplantıda birlik ölkələri arasında iqtisadi münasibətləri dərinləşdirməyi məqsəd qoyan 30-a yaxın sənəd nəzərdən keçirilib. Onlardan ən önəmlisi Azad Ticarət Zonasına dair müqavilə layihəsi olub.
Şuranın iclasında çıxış edən Rusiyanın baş naziri Vladimir Putin qeyd edib ki, söhbət MDB çərçivəsində ticari-iqtisadi münasibətlərin yeni bünövrəsinin yaradılması haqqında gedir.
Putin xatırladıb ki, hələ 1994-cü ildə MDB ölkələri azad ticarət zonasının yaradılması haqqında müqaviləni imzalayıblar, ancaq o sənəd çox dövlətlərlə, həmçinin Rusiya ilə təsdiqlənməmişdi. Buna görə müqavilə faktiki (əməli) olaraq qüvvədə deyildi. Yeni sənədin üstündə iş demək olar ki, on il aparılıb.
Azad Ticarət Zonasına dair müqaviləni MDB-nin 8 ölkəsi -Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova və Tacikistan imzalayıblar. Razılaşma gələn il parlamentlərin ratifikasiyasından (təsdiqlənməsindən) sonra qüvvəyə minəcək.
Putinin sözlərinə görə, Azərbaycan, Özbəkistan və Türkmənistan müqaviləni imzalamayıblar. Onlar bu ilin sonuna kimi bu müqaviləyə qoşulmaq imkanlarını öyrənəcəklərini bildiriblər.
Müqavilə onu imzalayan ölkələr arasında ticari-iqtisadi münasibətlərin hüquqi əsaslarının sadələşdirilməsini, bir sıra çoxtərəfli və 100-ə yaxın ikitərəfli birliyin sahəsində azad ticarət rejimini tənzimləyən sənədlərin əvəzetməsini nəzərdə tutur.
Putin bu razılaşmanı regionun (bölgənin) iqtisadi inkişafı üçün aparıcı addım kimi dəyərləndirib: "Biz bazarlarımızı bir-birimizin üzünə açırıq. Bu o deməkdir ki, malları aşağı qiymətə ala biləcəyik, öz növbəsində yeni birgə müəssisələrin yaradılmasını daha yaxşı şərtlərlə təmin edəcək. Bütün bunlar əlbəttə ki, bizim iqtisadiyyatımızın rəqabətini artıracaq".
Putin onu da vurğulayıb ki, bu müqavilə heç də Dünya Ticarət Təşkilatı qarşısında götürülən öhdəçiliklərə mane olmur. Rusiya özü də yaxın gələcəkdə bu quruma üzv olmaq istəyir: "Azad Ticarət Zonasının təşkili Dünya Ticarət Təşkilatının prinsip (ilkə, əsl) və normaları ilə toqquşmur. Üstəlik, bu gün müqaviləni imzalayanlar arasında bir neçə ölkə - Qırğızıstan, Ermənistan, Ukrayna və Moldova artıq Dünya Ticarət Təşkilatının üzvləridir".
Putin 2012-ci ildə yenidən prezident postuna qayıtmaq niyyətini bəyan edəndən sonra MDB-nin inteqrasiyasından (idğam, həmgərayi) tez-tez danışmağa başlayıb. "İzvestiya" qəzetinin oktyabrın 4-də çap etdiyi məqalədə deyilir ki, Putin Avropa Biliyi formatında güclü bir qurumun formalaşmasını məsləhət görür. Putin deyib ki, belə birlik "böyük Avropanın" bir hissəsi olardı və "demokratiya və bazar qanunları" kimi dəyərləri bölüşərdi ki, üzvlərin Avropa Birliyinə inteqrasiyasını asanlaşdırsın.
Peterburq sammitində (zirvə görüş) hökumət başçıları həmçinin valyuta (ərz, pul, döviz) mübadiləsi və valyutanın idarə edilməsi siyasətinin əsas prinsipləri, MDB ərazisinə daxil olan üçüncü dövlətin vətəndaşlarının vahid qeydiyyat sisteminin yaradılması, dəmir yolu nəqliyyatının inkişafı, humanitar (insani) əməkdaşlıq və digər sahələri əhatə edən 30-a yaxın saziş layihələrini imzalayıblar.
Azərbaycanın MDB-nin azad ticarət zonasına qoşulmaqdan imtinasına ekspertlərlə (karşünaslarla) iş adamlarının münasibəti birmənalı olmayıb. "Azadlıq" radiosunun məlumatına görə, Rusiyadan keçmiş sovet (keçmiş Şurəvi) respublikalarına (cümhuriyyətlərinə) tikinti materialları (məsaleh) göndərən azərbaycanlı iş adamı İlham Əsədov hesab edir ki, Azərbaycan bu müqaviləni imzalasa, hər iki ölkə və onların iş adamları üçün yaxşı olardı. Onun sözlərinə görə, Qazaxıstanla Rusiyanın ikitərəfli sazişlərindən iş adamları artıq bəhrələnirlər: "Mən Qazaxıstana da mal göndərirəm. Yük maşınları, vaqonlar gəlir, malı yükləyirik, vəssalam. Daha gömrüyə və digər yerlərə getmirik. Sərhəddə həmişə ciddi korrupsiya halları olurdu, indi o da aradan qalxıb və iş adamları razılıq edir. Amma Qazaxıstanın iş adamlarından fərqli olaraq yerli camaatında narazılıq yaranıb. Rusiyada maaşlar yüksək olduğunu görə, ruslar gedib Qazaxıstandan ərzaq məhsulları alıb gətirirlər. Orada alıcı çoxaldığı üçün məhsulların qiyməti qalxır və bundan da əhali narazılıq edir. Yəni gömrük götürüləndən sonra orada qiymətlər qalxıb".
Amma İlham Əsədov hesab edir ki, bu müqavilə imzalansa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. Çünki Azərbaycanda ərzağın qiyməti onsuz da Rusiyadan bahadır.
Keçmiş deputat (millət vəkili) Nazim Məmmədov isə deyir ki, Azərbaycan müqaviləni imzalamamaqda düz edib. Bu, onu göstərir ki, Azərbaycan Avroatlantik (oropa və ətləs iqyanusu) məkana inteqrasiya baxımından götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Onun fikrincə, bölgə ölkələri ilə bir birliyə daxil olmağa ehtiyac yoxdur, Azərbaycan MDB ölkələri ilə ticari münasibətlərini ikitərəfli müqavilələrlə də davam etdirə bilər. Nazim Məmmədovun sözlərinə görə, həmin müqavilənin imzalanması məhz Rusiyanın fəaliyyəti sayəsində hazırda Azərbaycanla problemləri olan Ermənistanın məhsullarının Azərbaycan ərazisinə daxil olmasına şərait yaratmaqla yanaşı bəzi qardaş ölkələrin daha keyfiyyətli məhsullarının ölkə bazarından sıxışdırılıb çıxarılmasına zəmin yaradar: "Deyək ki, Türkiyədən gələn məhsullar bizim ölkəmizə daxil olarkən onun üzərinə əlavə rüsum və əlavə dəyər vergisi ilə birlikdə təxminən 38 faizə yaxın vəsait (büdcə) gəlir. Amma Rusiyadan gələn məhsullarla bağlı belə deyil. Bu baxımdan öz bazarımızı Rusiyanın köhnə texnologiyalarına (teknoloji) açıq saxlamaqda davam edirik. Bu isə iqtisadiyyatımızın yüksək texnologiyalara sahib olması üçün iş adamlarını, sahibkarları ölkəyə yeni texnologiyalar gətirməyə məcbur etmir".
İqtisadçı ekspert Azər Mehdiyev isə bildirir ki, Azərbaycan MDB azad ticarət zonasına daxil olmaqdan imtina etməklə heç nə itirmir. Ekspert Rusiyanın baş naziri Vladimir Putinin son dövr bəyanatlarına əsaslanaraq deyir ki, Rusiya MDB məkanında sanki Avropa İtttifaqına oxşar yeni iqtisadi zona yaratmaq istəyir: "MDB məkanında Azad Ticarət Zonasının yaradılması, ilk baxışdan da göründüyü kimi, daha çox siyasi məqsədlər güdür. Rusiyanın baş naziri Putin açıq-aşkar bəyan etdi ki, MDB məkanında vahid iqtisadi məkan formalaş-
dırmaq istəyirlər ki, hansı ki, gələcəkdə bunun müxtəlif dövlətüstü qurumları olacaq. Sanki Avropa Birliyinə alternativ qurum yaratmaq istəyirlər".
Mehdiyev deyir ki, burda əsas məqam Rusiya faktorudur: "Rusiya faktoru çox önəmlidir. Zaman-zaman könüllülük təşəbbüsü altında Rusiya qonşularını müxtəlif birliklərə sürükləyib. Rusiyanın bəyanatlarına baxanda belə təşəbbüslərdən ehtiyat etməmək olmur. Hesab etsək ki, bu quruma Ermənistan da üzv olacaq, burda təhlükəli məqam ola bilər".
Mehtiyev hesab edir ki, hazırda Azərbaycan üçün prioritet (öncəlik) məsələ Dünya Ticarət Təşkilatına daxil olmaq və beynəlxalq ticarətə bu təşkilatın qaydaları əsasında getmək olmalıdır, nəinki Rusiyanın hazırladığı və arxasında iqtisadidən daha çox siyasi məqsədlərin dayandığı birliyə qoşulmaq.
Azərbaycanın bu müqaviləyə ilin sonunadək qoşulma ehtimalına gəlincə, Azər Mehdiyev hesab edir ki, bu, üzdə olan danışıqlarda hansısa siyasi alverin getdiyindən xəbər verir. Onun fikrincə, bu addım ilk növbədə vaxt qazanmaq məqsədi güdür. Amma eyni zamanda Avropaya bir mesaj da ola bilər ki, Azərbaycan bu birliyə qoşula bilər.
Ekspert deyir ki, Azərbaycan Avropa Birliyi istiqamətində addımlar atmalıdır: "Müasir dünya daha geniş çərçivədə əməkdaşlığa önəm verir. Yenidən Rusiyanın ətrafında, keçmiş sosialist ölkələrinin Qarşılıqlı İqtisadi Yardım Şurası kimi təşkilat yaradıb, Avropaya qarşı qoymaq düzgün deyil. Daha düzgün siyasət DTT üzvü olmaqdır".
Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili, iqtisadçı-ekspert Əli Məsimli isə "PNS-Press"ə bildirib ki, azad ticarət zonasının yaradılmasını müsbət qiymətləndirir. Amma bunun da tam işləyəcəyinə əmin deyil. Onun fikrincə, Azərbaycan bu müqaviləni imzalamamaqla düzgün addım atıb: "MDB-nin qəbul etdiyi qərarlar aysberqin (şinavər buz) görünən və görünməyən tərəfləridir. Aysberqin görünməyən tərəfi görünən tərəfindən qat-qat böyükdür. Azərbaycan tərəfi də o görünməyən tərəfin Azərbaycan hakimiyyəti üçün nə qədər təhlükəli olduğunu dərk edərək MDB-də qəbul edilən müqavilələrə ya şərtlə qoşulur, ya da qoşulmur. Onu mən müsbət addım hesab edirəm".
Millət vəkilinin sözlərinə görə, nə qədər ki, MDB-nin tərkibində bir ölkə o biri ölkənin ərazisini işğal edib və MDB-nin ən böyük dövləti həmin işğalçı dövləti altdan-altdan və açıqca müdafiə edir, həmin qurumun heç bir qərarı Azərbaycanın xeyrinə ola bilməz. Orada hansısa faiz Azərbaycanın maraqlarına cavab verə bilər. Ə.Məsimli faizdən istifadə etməyin tərəfdarıdır: "Nəzəri cəhətdən SSRİ-nin (keçmiş Şurəvi) bərpasına yönəlmiş addımlarda Azərbaycan düzgün addım atır. İmperiyanın yenidən yaranması xülya, xəyaldır. Hər bir imperiya müasir Ehud (Sınmış pəncələr ) nəzəriyyəsi əsasında inkişaf edir, çiçəklənir, özünün ən yüksək mərhələsinə çatır və motiv (əngizə) bitəndə, dağılmağa başlayır. Məsələn, Osmanlı imperiyası, İspaniya, Fransa, Böyük Britaniya İmperiyasının tarixini yada salın. Haradadır o imperiyalar, bərpa oluna bildilərmi? Bunun heç bir əhəmiyyəti yoxdur. Rusiya buna sərf edəcək vəsaitlə həddən artıq ağır vəziyyətə düşmüş əhalisinin rifahını yaxşılaşdırsın, demokratik islahatları həyata keçirsin, qonşular üçün təhlükə mənbəyi olmaqdan azad olsun".
Ə.Məsimli Azərbaycanın bu müqaviləyə qoşula biləcəyini düşünmür. O hesab edir ki, MDB çərçivəsində bərabərhüquqlu qərarlar olmadığından, qurum çərçivəsində qəbul edilən qərarların reallaşma mexanizmi də olmur.
2010-cu ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard manat olub. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə iki ölkə arasındakı ticarət dövriyyəsi 2011-ci ilin səkkiz ayında 60% artaraq 2 milyard dollara çatıb.
Rusiya Ticarət Palatasının (bazirqani otaq) Azərbaycandakı nümayəndəsi Yuri Şedrin isə il ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 2,8 milyard dollara çatacağını proqnozlaşdırır. Bu, ikitərəfli ticarət əlaqələrində rekord göstərici olacaq. Bəkir NƏRİMANOĞLU / Ekspress
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir