SON XƏBƏRLƏR

İran İslam Cümhuriyyətində 100-dən çox uşaq edam olunacağı günü gözləyir

2021.10.20, 07:36
İran İslam Cümhuriyyətində 100-dən çox uşaq edam olunacağı günü gözləyir

Gunaz.tv

GünAz TV: 2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib.

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İran üzrə yeni məruzəçisi Əhməd Şahid edam cəzasından tez-tez istifadə olunan bu ölkədə cəzaların artdığını bəyan edib.

 

GünAz TV mətbuat mərkəzinin Milli.Az xəbər portalına istinadən yaydığı məlumata görə, bu barədə Türkiyənin NTV telekanalı xəbər verir. Məruzəçinin sözlərinə əsasən, İranda 100-dən çox uşaq edamını gözləyir.

 

Əhməd Şahid BMT Baş Assambleyasına (Birləşmiş Millətlər Təşkilatının məcmə-i ümumisinə) təqdim etdiyi ilk hesabatda İranda 2011-ci il ərzində 200-dən çox adam edam edildiyi bildirilir. Onun məlumatına görə, yalnız yanvar (January) ayında 83 nəfər barəsində edam cəzası yerinə yetirilib.

 

Əhməd Şahid bildirib ki, 2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib.

 

Hesabatda İranda kütlənin qarşısında edam cəzalarının yerinə yetirildiyinə də diqqət çəkilir və həbsxanalarda edamı gözləyən 100-dən çox uşağın olduğu vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar