SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rza Əbri tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Rza Əbri tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Təbrizli fəal Rza Əbri tutulub. Hadisə 6 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Rza Əbri oktyabrın 14-də Təbriz xəstəxanalarının birində yatan azərbaycanlı fəal Məhəmməd Əlimuradini videolentə alarkən tutulub. Məhəmməd Əlimuradinin zindanda qabırğalarının sındırıldığı bildirilir.

 

Rza Əbrinin mənzilində axtarış aparılıb, ona məxsus kompüter, CD-lər, kitablar və başqa əşyalar götürülüb.

 

Məhəmməd Əlimuradi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxiləsində 30-a yaxın digər azərbaycanlı fəalla birlikdə tutulub.

 

Sentyabrın (September) 29-da ETTELAAT-ın Təbriz bölməsinin təcridxanasında saxlanan 15 azərbaycanlı məhbusu qəfəsə salıb döyüblər. Nəticədə fəal Məhəmməd Əlimuradinin qabırğaları sınıb. Digər fəal Qadir Novruzinin isə qasığı yırtılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar