SON XƏBƏRLƏR

Azərbaycan-İran sərhəddində atışma olub

2021.10.20, 07:36
Azərbaycan-İran sərhəddində atışma olub

Gunaz.tv

GünAz TV: Azərbaycan-İran sərhədində silahlı insident (hadisə) baş verib.

Bu barədə APA agentliyi (ajansı) hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Hadisə oktyabrın (October) 19-u axşam saatlarında Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş verib.

İrandan Azərbaycana qanunsuz keçmək istəyən bir nəfər Azərbaycan sərhədçiləri tərəfindən zərərsizləşdirilib.

Sərhəddəki insidentlə bağlı “MilAz”ın yaydığı məlumatda isə qeyd olunub ki, zərərsizləşdirilmiş şəxs İranın sərhəd qurumunun hərbi qulluqçusudur. Bir qrup İran hərbçisi Azərbaycan sərhədini pozmağa cəhd edib ki, Azərbaycan tərəfi bunun qarşısını alıb. Bir nəfər isə əmrə tabe olmadığından, onu zərərsizləşdirmək zərurəti ortaya çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar