SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Səid Muğanlı barədə hökm çıxarılıb

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Səid Muğanlı barədə hökm çıxarılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlər davam edir. Tanınmış azərbaycanlı fəal Səid Muğanlı barədə məhkumluq hökmü çıxarılıb.

 

Məlumata görə, cənab Muğanlı Azərbaycan Cümhuriyyətində müxbirik üzrə kurs (təlim dövrü) keçirdiyinə görə, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq ittihamından bəraət qazanıb.

 

İttihamlardan daha biri keçirdiyi müxbirlik dövründə qeyri-məşru yolla mal-dövlət əldə etməkdən ibarətdir. Bu ittiham cənab Muğanlının səlahiyyətsizliyinə dair qərar çıxarmaqla ümumi məhkəmənin müzakirəsinə irca olunub (göndərilib).

 

Həmçinin adını çəkdiyimiz azərbaycanlı fəal yazdığı şeirə görə sistemin əleythinə təbliğdə ittiham olunub. Baxmayaraq ki, şeir azadlıqla bağlıdır və İslam Cümhuriyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Cənab Muğanlı bu ittihama görə, 6 ay azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar