Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) və İran arasında Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə görə yaranan ziddiyyət getdikcə daha maraqlı xarakter (mahiyyət) almaqdadır.
Məsələ burasındadır ki, yaranan vəziyyət görə ABŞ Konqresi tərəfindən Barak Obama administrasiyasına (administration) təzyiqlər artmaqdadır. Bəzi konqresmenlər hətta hökuməti Tehrana qarşı daha ciddi və sərt addımlar atmağa çağırıb. Belə addımlar deyilərkən isə İrana, əsas etibarı ilə onun nüvə obyektlərinə (təsisatına) hərbi zərbələr endirilməsi nəzərdə tutulur.
Bu mövqedən çıxış edən ABŞ qanunvericiləri bunu onunla əsaslandırır ki, İrana qarşı sanksiyalar (təhrimlər) istənilən nəticəni vermir.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd cəhdində əli olduğuna görə İran rəsmilərini ciddi sanksiyalar ilə hədələyib. Obama bildirib ki, İran hökumətinin yüksək səviyyəli rəsmiləri hadisəyə görə məsuliyyət daşıyır. Bu arada, ABŞ Dövlət Departamenti (xarici işlər nazirliyi) Amerika rəsmilərinin İran hökuməti ilə hadisə ilə bağlı birbaşa əlaqə saxladığını bildirib. Qeyd olunduğu kimi isə, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd cəhdinin qarşısı alındıqdan sonra ABŞ qanunvericiləri Obama administrasiyasını İrana təzyiq göstərməyə çağırıb. "Amerikanın səsi" radiosunun məlumatına görə, bir neçə Konqres üzvü İrana qarşı tətbiq edilən sanksiyaların işləməməsindən şikayətlənərək, ölkəyə qarşı daha ciddi ölçülər götürülməsinə səsləyib. Bu arada İran prezidenti Mahmud Əhmədinejad deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlamasına dair iddialar İraqda kütləvi qırğın silahlarının olmasına dair iddialar qədər saxtadır. İran prezidenti daha sonra deyib ki, ABŞ bununla öz xalqına "daxili iqtisadi problemləri" unutdurmaq istəyir. "Əl-Cəzirə" televiziyasına müsahibə verən cənab Əhmədinejad qeyd edib ki, ABŞ həm də İrana qarşı sanksiyaları kəskinləşdirmək üçün bəhanə axtarır.
Əhmədinejad "əl-Cəzirə" televiziyasına müsahibəsində daha sonra aşağıdakıları vurğulayıb: "Əvvəllər ABŞ administrasiyası iddia edirdi ki, İraqda kütləvi qırğın silahları var. Onlar bunu elə inamla dedilər və sənədlər təqdim etdilər ki, hamı dedi, biz sizə inanırıq. İndi onlardan soruşan varmı ki, necə oldu o iddialar? Onlar İraqda kütləvi qırğın silahları tapdılarmı? Onlar bir ovuc kağızı saxtalaşdırdı. Bunu eləmək o qədər çətin işdi?"
Əhmədinejad həqiqətin dərhal aşkar olunacağını və İran üçün problem qalmayacağını deyib. O, eyni zamanda, İran və ABŞ-ın heç bir hərbi münaqişəyə sürüklənmədiyinə inandığını deyib.
Bununla belə, Əhmədinejad Vaşinqtonu İran və Səudiyyə Ərəbistanı arasında ixtilaf yaratmaq cəhdlərində günahlandırıb. Səudiyyə Ərəbistanı Körfəzdə ABŞ-ın müttəfiqi və Tehranın əsas rəqibidir. Qeyd edək ki, bir neçə gün əvvəl İranın ali ruhani rəhbəri Ayətullah Xamneyi ABŞ-ın sui-qəsd iddiasını gülünc adlandırıb. O deyib ki, ABŞ-ın Amerikada yaşayan bir neçə iranlıya qarşı əsassız ittihamları İranı təcridetmə məqsədi daşıyır: "Amerikalıların bizi tez-tez bu kimi konspirasiyalarda (qurğu, toteə) ittiham etməsi səmərəsiz və qeyri-effektivdir (təsirsizdir). İranı təcrid etmək istədiyini deyən amerikalılar özləri təcrid edilib".
Hazırda İran ABŞ-dan Səudiyyə Ərəbistanının səfirinə qarşısı alınmış sui-qəsd barədə informasiya təqdim olunmasını tələb edir. İslam Respublikasının (Cümhuriyyətlərinin) xarici işlər naziri Əli Əkbər Salehinin rəyinə görə, bu ittihamlar dünya ictimaiyyəti rəyinin çaşdırılması və siyasi səs-küyün süni şişirdilməsi məqsədilə yayılmış yalandır: "Buna baxmayaraq, biz bu məsələni diqqətlə öyrənməyə hazırıq və bu məqsədlə ABŞ-dan bizə bu işə aid informasiyanı təqdim etməyi tələb etmişik".
Qeyd edək ki, ötən həftə ABŞ İran rəhbərliyi və "İslam İnqilabı Keşikçiləri Korpusu"na (İİKK - Sepah) daxil olan xüsusi təyinatlı "əl-Qüds" qüvvələrini Vaşinqtonda Səudiyyə Ərəbistanının səfiri Adil əl-Cübeyrənin qətlə yetirilməsi məqsədilə sui-qəsdə aidiyyəti olmaqda günahlandırıb.
Bu arada İranın "FarsNews" agentliyi (ajansı) belə bir iddia ilə çıxış edib ki, İsrailin MOSSAD təşkilatı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı sui-qəsddə şübhəli bilinən Mənsur Ərbab Səyyara 3 ay öncə saxta vəsiqə verib. Bu barədə adının gizli saxlanması şərtilə Pakistan kəşfiyyatının yüksək rütbəli məmuru məlumat verib. Onun sözlərinə görə, Mənsur Ərbab Səyyar MOSSAD üçün "Foss Fling" adı altında məxfi əməliyyat həyata keçirməli olub. "ABŞ-la münasibətlərin kəskinləşdiyi bir dövrdə İslam dövləti, çətin ki, İran əsilli bir şəxsə Səudiyyə səfirinə qarşı əməliyyat həyata keçirməyi təklif edər" - mənbənin məlumatında deyilir. Bütün bunlar səfir qalmaqalının ABŞ və İran arasında bundan sonra daha gərgin məcrada inkişaf edəcəyini göstərir. Tahir TAĞIYEV / Baki-xəbər
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir