SON XƏBƏRLƏR

İranda 2 ərəb siyasi məhbus edam edilib

2021.10.20, 07:36
İranda 2 ərəb siyasi məhbus edam edilib

Gunaz.tv

GünazTV: İranda beş ildən çox həbsdə saxlanılan sünni fəallar Qasım Beyt Abdullah və Abdullah Kərəmüllah Kəəb edam edilib.

 

2014-cü ildə İranın Xuzistan əyalətinin Dezful şəhərində keçirilən bir əzadarlıq mərasimində baş verən silahlı atışmada 2 nəfərin ölümündə və 2 nəfərin yaralanmasında günahlandırılan hər iki məhkum avqustun 4-ü sübh saatlarında Dezful zindanında dara çəkiliblər.

 

Rejimə qarşı silahlı mübarizə aparmaqda, ölkənin milli təhlükəsizliyinə çıxmaqda, silahlı terrorçu dəstə yaratmaqda və qəsdən adamöldürmədə günahlandırılan hər iki məhkum, dəfələrlə onlardan işgəncələr altında yalançı etiraflar alındığını bildirib barələrində çıxarılan ölüm hökmünə etiraz bildirsələr də, inqilab məhkəməsi öz əvvəlki hökmünü qüvvədə saxlayıb.

 

Nəticədə 5 ildən çox həbsdə saxlanılan, evli və bir neçə uşaq atası olan məhkumlar dünən sübh saatlarında Dezful şəhərinin zindanında edam ediliblər.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar