SON XƏBƏRLƏR

Diktatorun qalası təslim oldu

2021.10.20, 07:36
Diktatorun qalası təslim oldu

Gunaz.tv

GünAz TV: Keçid Milli Şurasının hərbi komandanlığı (rəhbərliyi) Bəni-Vəlid şəhərinin Müəmmər Qəddafi tərəfdarlarından təmizləndiyini bəyan ediblər.

Liviyanın (Libinin) yeni hökumətinin nümayəndələri hələ bir gün əvvəl ciddi müqavimət göstərən şəhərin belə tezliklə təslim olacağını gözləmədiklərini bildiriblər. KMS-nın hərbi nümayəndəsi Əhməd Ömər əl-Baninin sözlərinə görə, yeni hökumətin qoşunları Bəni-Vəlidin 95%-nə nəzarət edirlər. Şəhərdə demək olar ki, dinc sakin qalmayıb.

Suriyanın paytaxtı Dəməşqdən yayımlanan Müəmmər Qəddafi tərəfdarlarına məxsus «Errai» televiziyası keçmiş Liviya liderinin oğlu Xamisin öldürüldüyünü təsdiq edib. Məlumata görə, xüsusi təyinatla qoşun birləşməsinin komandiri Xamis Qəddafi hələ avqustun (August) 29-da qətlə yetirilib. Keçid Milli Şurasına məxsus hərbçilərin Tarhuna şəhərində keçirdikləri əməliyyat nəticəsində Xamisin əmisi oğlu Məhəmməd və təhlükəsizlik idarəsinin şefi Abdulla əs-Şənusi də öldürülüb. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar