SON XƏBƏRLƏR

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 26 əsgər şəhid olub, 22-si yaralanıb

2021.10.20, 07:36
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 26 əsgər şəhid olub, 22-si yaralanıb

Gunaz.tv

GünAz TV: Ötən gecə Türkiyənin Çuxurca bölgəsində PKK terrorçularının qəfil basqını nəticəsində Türkiyə Silahlı Qüvvələri ağır itkiyə məruz qalıb.

 

Əsasən qrantomyotlarla (arpiçilərlə) silahlanan terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələri 26 şəhid verib, 22 əsgər də yaralınıb. Bu barədə Modern.az “Milliyət” qəzetinə istinadən xəbər yayıb.

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl bölgəyə gedib. Hazırda həmin bölgədə terrorçulara qarşı hava hücumu həyata keçirilir.

 

Son məlumatlara görə, xain basqını 200 nəfərlik PKK qrupu həyata keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar