SON XƏBƏRLƏR

Ərdəbilli milli fəal Behruz Əlizadənin bacısı Şəhla xanım ittialatda hədələndi

2021.10.20, 07:36
Ərdəbilli milli fəal Behruz Əlizadənin bacısı Şəhla xanım ittialatda hədələndi

Gunaz.tv

Ərdəbilli milli fəal Behruz Əlizadənin bacısı Şəhla xanım ittialatda hədələndi

 

Bu gün səhər saat 9 radələrində Ərdəbilli milli fəal Behruz Əlizadənin bacısı Şəhla Əlizadəyə ittalat idarəsindən zəng edib, ondan ittialata gəlib bir sıra suallara cavab verməsini istəyiblər. Şəhla xanım bu məsələnin qanunsuz olduğunu bildirərək ora getməkdən imtina edib. Belə olduğu halda 1 saatdan sonra İttialatın məmurları gəlib Şəhla xanımı evdən aparıblar. Ona sənin Behruzla əlaqən var, sən Behruzun vasitəsiylə ilgi qurub orada olan(xaricdə) cərəyanları Abbas Lisaniyə deyirsən demişlər. Şəhla xanım bu ittihamların hamısın rədd edib, deyiş ki, bunlar yalandı. Sonra Şəhla xanıma deyiblər ki, sənin haqqında Ərdəbilin inqilab məhkəməsində sənə dosya açılıb və məhkəmə tərəfindən bildiriş gələcəkdir. Bu ittihamların hamısına cavab verməlisən. Xatırladaq ki, Şəhla xanım 3 saat ittialat idarəsində saxlanılıb və bu müddətdə o İttialat məmurları tərəfindən təhdid və təhqirlərə məruz qalıb. Ona söyləyiblər ki, sən burada danışılan sözləri heç yerdə deməməlisən. 3 saatdan sonra Şəhla xanım buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar