SON XƏBƏRLƏR

Əsrin mübadiləsi: “Gilad Şalit sərbəst buraxıldı”

2021.10.20, 07:36
Əsrin mübadiləsi: “Gilad Şalit sərbəst buraxıldı”

Gunaz.tv

GünAz TV: İsrail və Fələstin arasında həyata keçirilməsi planlaşdırılan (tərhi tökülən) əsir mübadiləsinin ən önəmli addımı atılıb.

"Həmas" 5 ildir əsir saxladığı İsrail əsgəri Gilad Şaliti Misirin rəsmi dairələrinə təhvil verib.

Şalitin Qəzzadan Misirə doğru yola çıxdığı bildirilib. "Reuters"ə açıqlama verən bir "Həmas" rəsmisi Şaliti İsrailə göndərməzdən əvvəl Misirə təhvil verdiklərini söyləyib.

İsrail radiosu isə bu gün azad ediləcək fələstinlilərin təhvil veriləcəkləri nöqtəyə aparıldığını xəbər verib. Bu gün azad ediləcək 477 fələstinlidən 294-nün təhvil verilməsi gözlənilir. Ümumilikdə isə 1027 fələstinli Gilad Şalitin azadlığa buraxılması qarşılığında Fələstinə təhvil veriləcək.

İsrailin baş naziri Bünyamin Netanyahu mübadiləyə qarşı çıxan İsraildəki terror qurbanlarının ailələrinə məktub göndərib. Netanyahu ailələrin acılarını anladığını və özünün də terrora qurban vermiş ailələrdən biri olduğunu bildirib: "Mənim də qardaşım Entebbedəki əsirləri azad etmə əməliyyatı zamanı dünyasını dəyişmişdi".

Baş nazir Qəzza zolağında qaçırılan Gilad Şalitin azad edilməsi ilə bağlı qərarın indiyə qədər verdiyi ən çətin qərarlardan biri olduğunu vurğulayıb: "Bu, mənim üçün də çətindi, sizin üçün də. Dustaq bir əsgəri geri gətirməklə bağlı güclü arzumuzun qarşısında İsrail dövlətinin ödəmək məcburiyyətində qaldığı ağır bir əvəz dururdu. Bunun sizin üçün çox ağır olduğunu bilirəm. Bu həssas zamanda mən və bütün İsrail xalqının sizləri qucaqladığını və acılarınızı bölüşdüyünü bilməklə təsəlli tapacağınıza ümid edirəm". TRT Azərbaycan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar