SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı Etiraz Yürüşünə yeni ÇAĞIRIŞ - YENİLƏNİB

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı Etiraz Yürüşünə yeni ÇAĞIRIŞ - YENİLƏNİB

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda mübarizə davam edir. Bu zəmində yeni Çağırış Bəyanatları yayılıb.

 

Bir qrup Azərbaycan Milli Hərəkatının Təbriz qolu fəalları tərəfindən yayılan bəyanatda, Urmu Gölü ilə bağlı keçən ayda keçirilən Etiraz Yürüşləri və rejimin zorakılıq əməlləri xatırladılıb və bu mübarizənin davam edilməsinin vacib olduğu vurğulanıb. Bəyanatda nəticə alınıb ki, Urmu Gölünün qurumaqdan qurtarmaq üçün yeni Etiraz Yürüşlərinə ehtiyac var. Milli Fəallar yeni Etiraz Yürüşünün keçirilmə zamanınıda müəyyənləşdiriblər.

 

Bəyanatda istəklər də açıq şəkildə qeyd olunub:

 

-         Urmu Gölü hövzəsində Səddlər arxasında toplaşan suların dərhal azad edilməsi uğrunda əməli addımların atılması

-         Azərbaycan şəhərlərində tutuqlanan mədəni fəalların azad edilməsi

-         Son Etiraz Yürüşlərində əhali və milli-mədəni fəallara qarşı zor tətbiq edən amillərin mühakimə olunması

 

Qeyd etdiyimiz Bəyanatla eyni məzmunda olan və çağırışı dəstəkləyən başqa Bəyanatlarda yayılıb. Təbriz azad universitetinin bir qrup məzunu (fariğ-ül təhsil) və Təbrizin elmi-karbordi came universitetlərinin bir qrup öyrəncisi bəyanat yayaraq, Təbriz əhalisi və başqa azərbaycanlı soydaşlarımız müəyyən adilmiş vaxtda etiraz yürüşünə dəvət ediblər.

 

Bir qrup Sarablı Milli Hərəkat fəalı və Sarab azad universitetinin milli-mədəni sahədə fəaliyyət göstərən öyrənciləridə oxşar Bəyanatla sözü gedən etiraz yürüşünə öz dəstəklərini bildiriblər.

 

Həmçinin keçən günlərdə Təbrizdə çağırış vərəqələri də yayılıb. Çağırış vərəqələrində Urmu Gölünün  acınacaqlı durumu və son yürüşlərdə tutulanlarla bağlı məlumatlar dərc olunub. Əhali isə yeni Etiraz Yürüşünə dəvət olunub.

 

Təbrizdə Mövzu ilə bağlı divarlar üzərində çağırış şüarları da yazılıb. Divarlara yazılan şüarlar nəzərdə tutulan etiraz yürüşlərinə çağırışdan ibarətdir.

 

Görüş:

Yer: Təbriz bazarı (Ostandari ilə Rasta küçə arası)

Zaman: Oktyabrın 22-i (mehrin 30-u), yerli vaxtla saat 17:00

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar