SON XƏBƏRLƏR

“Traxtur” komandasının (timinin) Tehranlı tərəfdarlarından yeni Şüar...

2021.10.20, 07:36
“Traxtur” komandasının (timinin) Tehranlı tərəfdarlarından yeni Şüar...

Gunaz.tv

GünAz TV: Bir qrup Tehranlı soydaşlarımız, “Traxtur” futbol komandası (timi) tərəfdarları olduqca marağlı Bəyanat yayılıblar.

 

Bəyanatda qısaca deyilir ki, “Tehran əhalisinin yarıdan çoxunu azərbaycan türkləri təçkil edir. Bu şəhər, əhali baxımından İstanbuldan sonra dünya üzrə, türklərin ən sık yaşadığı şəhərdir.

 

Təəssüflər olsun ki İran rejiminin şiddətli asimilasyon siyasəti nəticəsində soydaşlarımız müəyyən qədər milli hisslərindən uzaq düşüblər. Ancaq Azərbaycan Milli Hərəkatının cəhdi və daha bir neçə müəyyən səbəbə görə, Tehranda yaşayan soydaşlarımız arasında milli düşüncə getdikcə yüksəlir. Milli düşüncənin daha da dərinləşməsi üçün əl-ələ verib və yeni səylər etməliyik.

 

Tehranda yaşayan azərbaycan türkləri üçün ana dilində televizyon kanalı hələdə yoxdur. Bu televizyonun kanalının açılması üçün mübarizə getməlidir.

 

Biz “Tehranda türk kanalı – Millətimin harayı” şüarı ilə bu prosesə (sürəcə) yeni start vururuq. Bundan sonra “Traxtur” futbol komandasının Tehranda keçiriləcək müsabiqələrində bu şüar səsləndiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar