SON XƏBƏRLƏR

Bəhmən Nəsirzadə müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Bəhmən Nəsirzadə müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Bəhmən Nəsirzadə 20 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Nəsirzadə təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılğında Xoy şəhərinin zindanından müvəqqəti sərbəst buraxılıb.

 

Qərar Xoy şəhərinin İnqilab Məhkəməsi tərəfindən verilib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal sentyabrın 27-i (mehrin 5-i) Xoy şəhərində yaxalanmışdır. O, mərhum Cəfərzadə ailəsinin dəfn mərasimində tutulan milli-mədəni fəallardandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar