SON XƏBƏRLƏR

2400 PKK yaraqlısı təslim olub

2021.10.20, 07:36
2400 PKK yaraqlısı təslim olub

Gunaz.tv

GünAz TV: Türkiyədə terrorçu PKK-ya qarşı əməliyyatların gücləndirilməsindən sonra 2400 PKK yaraqlısı (silahlı) silahı yerə qoyub.

Bu barədə məlumat Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin açıqlamasında yer alıb.

Türkiyəli nazir əlavə edib ki, əslində zərəsizləşdirilən PKK yaraqlılarının sayı 3 400 civarındadır:

“Onların 2 min 400-ü özləri silahi yerə qoyaraq təslim olublar. Təqribən 1000 yaraqlı da qonşu ölkələrin ərazilərində ələ keçirilib. Bu barədə Gün.Az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər yayıb.

Bu vəziyyət qəti surətdə təsdiqləyir ki, terrorçu PKK-nın daxilində çox ciddi narahatlıq var. Aldadılaraq silah verdikləri adamlar artıq kütləvi şəkildə oradan qaçırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar