SON XƏBƏRLƏR

Yəməndə qanlı döyüşlər davam edir

2021.10.20, 07:36
Yəməndə qanlı döyüşlər davam edir

Gunaz.tv

GünAz TV: Yəməndə prezident və müxalifət qüvvələri arasında döyüşlər davam edir. Artıq qarşıdurmalar paytaxt Sanadan digər şəhərlərə yayılıb.

 

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Ölkənin cənub-qərbindəki Taiz şəhərində toqquşmalar zamanı 18 nəfər həlak olub, 30-u yaralanıb.

 

Ölənlər arasında müxalifət tərəfə keçən hərbçilər, hökumət qüvvələri və dinc sakinlər var.

 

Qeyd edək ki, sentyabrın (September) 23-də  prezident Əli Abdullah Salehin ölkəyə qayıtmasından sonra  Yəməndə baş verən toqquşmalarda 91 nəfər həlak olub, 2000-dən çoxu yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar