SON XƏBƏRLƏR

Tataristanda Yürüş: “Cəhənnəm olsun Rusiya”

2021.10.20, 07:36
Tataristanda Yürüş: “Cəhənnəm olsun Rusiya”

Gunaz.tv

GünAz TV: Tatarıstanın paytaxtı Kazanda “İttifaq” partiyasının fəallarının və tatar gənclər birliklərinin yaratdığı “Azadlıq” hərəkatının təşkilatçılığı ilə millətçilərin ənənəvi illik etiraz aksiyası (yürüşü) keçirilib.

 

Aksiya 1552-ci ildə Kazan şəhərinin İvan Qroznının başçılıq etdiyi dəstə tərəfindən işğal edilməsinin ildönümünə həsr olunub. Millətçilərin aksiyasında 200-dən artıq tatar iştirak edib. Aksiyaya qonşu Başqırdıstan və Mariy El muxtar respublikalarından (cümhuriyyətindən) gəlmiş millətçilər də qatılıb. Etiraz askiyası hökumət binasından 100 metr aralıda yerləşən paytaxtın Azadlıq meydanında keçirilib.

 

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Etirazçılar “Tatarıstana azadlıq” və “Biz müstəqillik tələb edirik” şüarları səsləndiriblər. Aksiyada diqqət çəkən məqam isə millətçi fəalların bəzilərinin NATO silahlı qüvvələrinə aid hərbi qoruyucu-papaq (kaska) geyməsi olub. Kaskaların üzərində ingiliscə “Cəhənnəm olsun Rusiya” şüarı yazılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar