SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik artır

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı ilə İran arasında gərginlik artır

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı ilə İran arasındakı sui-qəsd gərginliyi böyüyür. Səudiyyə Ərəbistanı iddialarla bağlı BMT-yə (Birləşmiş Millətlər Təşkilatına) müraciət edib.

 

Sui-qəsd cəhdinin beynəlxalq hüququn, BMT qərarlarının və insani dəyərlərin açıq şəkildə pozulması olduğunu bildirən Səudiyyə Ərəbistanı ədalətin yerini tapmasını istəyib.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İranın dini lideri Xomeneyi isə ölkəsinə qarşı tətbiq ediləcək sanksiyaya (təhrimə) sərt cavab verəcəklərini bildirib. Xomenenyi iddianın Vaşinqtonun ssenarisi olduğunu bildirib: "ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti ölkəmizi beynəlxalq miqyasda daha da təcrid etmək və Wall Street əleyhinə aksiyalardan diqqəti yayındırmaq üçün bu ssenariləri ortaya atır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar