SON XƏBƏRLƏR

Azərbaycanlı ziyalı xanım Fəranək Fərid sərbəst buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı ziyalı xanım Fəranək Fərid sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı şair, mütərcim və qadın haqları müdafiəçisi xanım Fəranək Fərid oktyabrın 16-da (mehrin 24-də) azadlığa buraxılıb.

 

Xanım Fəranək Fərid sentyabrın 3 (şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı kütləvi etiraz yürüşü keçirilən zaman, Təbrizdə döyülərək tutuqlanmışdır.

 

Azərbaycanlı ziyalı xanım təcridxanada olarkən dünya üzrə 100-dən çox yazıçı, 653 nəfər azərbaycanlı mədəni-ictimai xadim və onun tərəfdarları, həmçinin Azərbaycanın sürgündə yazıçılar əncüməni bəyanat vasitəsi ilə xanım Fəranək Fəridin azadlığını tələb etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar