SON XƏBƏRLƏR

Milli-mədəni fəal Məsud Bayramı azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Məsud Bayramı azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Daha bir milli-mədəni fəal azadlığa buraxılıb. Məsud Bayramı mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.

 

Bayramı 15 gün saxlanıldıqdan sonra təxminən 30000 dollarlıq (30 milyon tümənlik) mülki vəsiqə qarşılığında, oktyabrın 13-də (mehrin 21-də) azadlığa buraxılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal sentyabrın 28-də (mehrin 6-da) bir neçə nəfərlə birlikdə Təbrizdə azərbaycanlı siyasi tutuqlularla bağlı afişa (pster) yaymaq ittihamı ilə tutuqlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar