SON XƏBƏRLƏR

Bəhmən Nəsirzadə Xoy şəhərinin zindanına qaytarılıb

2021.10.20, 07:36
Bəhmən Nəsirzadə Xoy şəhərinin zindanına qaytarılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Bəhmən Nəsirzadə Urmu şəhərinin ETTELAAT (Iran Kəşfiyyat Nazirliyi) idarəsindən Xoy şəhərinin zindanına qaytarılıb.

 

Oktyabrın 13-də (mehrin 21-də) Xoyun zindana qaytarılan adını çəkdiyimiz azərbaycanlı fəal daha bir fəal Şirzad Hacilu ilə birlikdə, oktyabrın 11-də (mehrin 19-da) Xoy zindanından Urmunun  ETTELAAT idarəsinə intiqal edilmişdilər.

 

Hələlik Şirzad Hacilunun durumundan heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, yuxarıda adlarını çəkdiyimiz milli-mədəni fəallar mərhum Cəfərzadə ailəsinin dəfn mərasimində tutulan azərbaycanlı fəallardandılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar