SON XƏBƏRLƏR

İranda öyrəncilər nədərəcədə əxlaqa bağlıdırlar?!

2021.10.20, 07:36
İranda öyrəncilər nədərəcədə əxlaqa bağlıdırlar?!

Gunaz.tv

GünAz TV: İranın ən nüfuzlu və mühafizəkar ali təhsil müəssisələrindən biri sayılan Tehran Universitetinin tələbələri arasında aparılmış anonim sorğunun nəticələri ölkənin hakimiyyət dairələrini şoka salıb.

Sorğuya qatılmış gənclərin 80 faizi spirtli (alokollu)  içkilər içdiklərini, habelə nikahdankənar cinsi əlaqələrdə olduqlarını deyiblər. Bu barədə Milli.Az xəbər portalı İSNA-ya istinadən xəbər yayıb.

Sorğunun cavabları İranın polis şefini də sinirləndirib.

General Əhmədi Moqəddəmin dediyinə görə, o, sorğunun nəticələrinə inanmaq istəmir.

"Bu nəticələr cəmiyyətimizin mənəvi və əxlaqi dəyərlərinə, ənənələrimizə və həyat tərzinə zidddir. Belə statistikanı (amarı) yayanlar cəmiyyətdə qarmaqarışıqlıq yaratmaq, düşüncələri qarışdırmaq istəyirlər. Əgər gənclər həqiqətən də, bu formada sevişərsə, vəzifəmdən istefa verəcəyəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar