SON XƏBƏRLƏR

“Türk dünyasında ilin ədəbiyyat adamı” elan olunub

2021.10.20, 07:36
“Türk dünyasında ilin ədəbiyyat adamı” elan olunub

Gunaz.tv

GünAz TV: Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib.

Bu qərar Şimali Kiprin (Quzey Qıbrıs Türk Cümhuriyyətinin) Lefkoşa şəhərində keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin 4-cü konfransında qəbul edilib.

Bu mükafat ötən il təsis edilib. Anarın bu nüfuzlu mükafata namizədliyi Türkiyə tərəfindən irəli sürülüb.

Mükafatın təqdim olunması konqresin gələn il Astanada keçiriləcək 5-ci konfransında baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar