SON XƏBƏRLƏR

İranda sünni məzhəbli azərbaycanlılar edam olunub

2021.10.20, 07:36
İranda sünni məzhəbli azərbaycanlılar edam olunub

Gunaz.tv

GünAz TV: İranın Urmu həbsxanasında beş azərbaycanlı edam olunub və daha üç nəfəri edam cəzası gözləyir.

Bu barədə BBC Azərbaycancaya İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, edamı gözlənilən üç nəfər edam hökmünün icrası üçün həbsxananın təkadamlıq hücrələrinə (sellullara) aparılıb.

Edamın bazar ertəsi həyata keçirildiyi bildirilir.

Edam cəzasına məhkum olunmuş və cəzasını gözləyən Allahverdi Əhmədpurazərin qardaşı Qurban Əhmədpurazər bizimlə söhbətində qardaşının 2 il yarımdır həbsdə yatdığını və onu edam cəzasının gözlədiyini təsdiqləyib.

Təşkilat deyib ki, edam olunan azərbaycanlılarla bağlı “doğru-düzgün məhkəmə keçirilməyib və onlara edam cəzası kəsilib”.

Komitə idddia edir ki, İranda sünni azərbaycanlı azlıqlara qarşı məhkəmə hökmləri digər dini mənsublara nisbətdə daha ağırdır.

Təşkilat edam olunanlardan, işgəncəyə məruz qoyularaq ifadə alındığını bildirib.

Edam edilənlərin çoxuna narkotik (müxəddir maddələri) ittihamları ilə hökm oxunduğu bildirilir.

Komitənin sözçüsü Yaşar Hakkakpur narkotik ittihamlarını istisna etmədiyini və İranda hüququn qorunması səylərinə hörmətlə yanaşdıqlarını desə də, ədalətsizliklə edam cəzasına məhkum edilməsini pislədiklərini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar