SON XƏBƏRLƏR

Mahmud Əhmədinejada qarşı hücumlar səngimir

2021.10.20, 07:36
Mahmud Əhmədinejada qarşı hücumlar səngimir

Gunaz.tv

GünAz TV: İranda ali dini lider Əli Xamneyiyə yaxın mühafizəkarların prezident Mahmud Əhmədinejada qarşı hücumları davam edir. Parlamentin deputatı (millət vəkili) Əli Mütəhhəri Əhmədinejadın parlamentdə impiçment (impeachment, ittiham) olunmamasına etiraz əlaməti olaraq, istefa verib. Bu il iyunun (July) 26-da İran parlamentinin 100 deputatı Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət etmişdi. Müraciət mühafizəkar deputat Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanmışdı. Amma iyunun 27-də müraciətə baxan İran parlamentinin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb. Parlamentin digər deputatı Möhsün Nəriman isə prezident Mahmud Əhmədinejadın tutduğu vəzifədən azad olunmasını tələb edib. Parlamentin iclasında çıxış edən Möhsün Nərimanın sözlərinə görə, prezident Mahmud Əhmədinejad ardıcıl şəkildə öz qanuni vəzifəsindən yayındığına və qanun pozuntularına yol verdiyinə görə cavabdeh olmalı, eyni zamanda, vəzifədən uzaqlaşdırılmalıdır. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar