SON XƏBƏRLƏR

Azərbaycan rəsmisi Ermənistanın planlarını (tərhlərini) açıqlayıb

2021.10.20, 07:36
Azərbaycan rəsmisi Ermənistanın planlarını (tərhlərini) açıqlayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimovhesab edir ki, erməni tərəfi "məqsədyönlü şəkildə Rusiya sülhməramlılarının tez bir zamanda iştirakına hesablanan hansısa böhran yaratmağa" çalışır.

A.Əzimov bunu Ukraynanın "Den" nəşrinə müsahibəsində bildirib, APA agentliyi xəbər verir.

 

"2008-ci ilin avqustunda (August) qonşu Gürcüstanda baş verən hadisələrlə analogiya (qiyas) apara bilərəm. Proqnozlaşdırılması (öngörüsü, pişbinisi) asan olan bu kimi böhranın inkişafı son dərəcə neqativ (mənfi) nəticələrə gətirib çıxara bilər", Azərbaycan Xarici İşlər nazirinin müavini qeyd edib.

 

A.Əzimovun təbirincə, hələlik aparılan danışıqlar nəticəsiz qalıb:“Təəssüf ki, Kazanda nəticə əldə olunmadı və bundan sonra fasilə yarandı".

 

Xarici İşlər naziri müavininin sözlərinə görə, avqustda Soçidə keçirilmiş Əliyev - Medvedyev görüşündən sonra, Moskvanın bu görüşün nəticələrinə uyğun öz fəaliyyətinə korrektələr (islah) edəcəyinə Bakı ümid edir.

 

"Lakin biz Ermənistan prezidentinin hücum xarakterli (mahiyyətli) bəyanatlarını daha tez-tez eşitməyə başlamışıq. Biz həmçinin Ermənistanın hücum xarakterli silah almaq səylərini gücləndirmək faktları (gərçəkləri) ilə üzləşirik", A.Əzimov vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar