SON XƏBƏRLƏR

Rəsmi Paris Amerikanın İrana qarşı təşəbbüsünü tam dəstəkləyir

2021.10.20, 07:36
Rəsmi Paris Amerikanın İrana qarşı təşəbbüsünü tam dəstəkləyir

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) BMT-dəki (Birləşmiş Millətlər Təşkilatındakı) daimi nümayəndəsi Syuzan Rays Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələrinin hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparsa da, diplomatlar hər hansı bir şərh verməyiblər.

 

Portuqaliyanın daimi nümayəndəsi Joze Kabral jurnalistlərə “məsələnin hələ də BMT TŞ-nin (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının) gündəliyində olduğunu” söyləsə də, ittihamların “çox ciddi” olduğunu bildirib. Bu barədə Gün.Az RİA Novosti-yə istinadən xəbər yayıb.

 

 Öz tərəfindən fransalı səfir Jerar Aro BMT TŞ-in İrana qarşı hansı tədbirlər görə biləcəyi barədə suala cavab olaraq açıq şəkildə bəyan edib: “Bunu amerikalılar həll etməlidirlər, lakin Fransa Amerikanın təşəbbüsünü tam dəstəkləyəcək”. Fransa diplomatının sözlərinə görə, “qəsdin arxasında İranın rəsmi şəxslərinin dayandığı aydındır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar