SON XƏBƏRLƏR

Barak Obama: Amerika İrana qarşı ən ciddi tədbirlər görəcək

2021.10.20, 07:36
Barak Obama: Amerika İrana qarşı ən ciddi tədbirlər görəcək

Gunaz.tv

GünAz TV: Oktyabrın 11-də üstü açılan İranın Səudiyyə Ərəbistanının ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) səfiri Adil əl Cübeyrənin qətlə yetirilməsi planı (tərhi) ilə bağlı ABŞ Tehrana qarşı ən ciddi tədbirlər görmək niyyətindədir.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  bu barədə ABŞ prezidenti Vaşinqtonda səfərdə olan Cənubi Koreya prezidenti Li Myun-Bakla ilə birgə mətbuat konfransı zamanı deyib.

 

Obamanın fikrincə İranın sui-qəsd planı bu ölkənin nə dərəcədə "təhlükəli və məsuliyyətsiz davranışa” malik olduğuna dair daha bir sübutudur.

 Rəsmi Tehran sui-qəsddə əli olduğunu rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar