SON XƏBƏRLƏR

Məhəmməd Əhmədi və Möhsün Gülüstan mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar

2021.10.20, 07:36
Məhəmməd Əhmədi və Möhsün Gülüstan mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Məhəmməd Əhmədi və Möhsün Gülüstan 40 gün saxlanıldıqdan sonra 3-cü gün (çaharşənbə günü) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Onlar təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıblar.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəallar sentyabrın 3-ü (şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etiraz Yürüşlərində tutuqlanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar