SON XƏBƏRLƏR

Məhəmmədrza Bəxşi azadlığa buraxılıb

2021.10.20, 07:36
Məhəmmədrza Bəxşi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal mühəndis Məhəmmədrza Bəxşi Xace 13 gün saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Oktyabrın 13-də (mehrin 21-də) azadlığa buraxılan milli-mədəni fəal Milli bankda yaxalanarkən islam inqilabı keçikşilər korpusunun (Sepah) təhlükəsizlik bölməsinə intiqal edilmişdir.

 

Onun ittihamı azərbaycanlı siyasi tutuqlularla bağlı afişa (puter) yaymaqdan ibarət olub.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal İran-İraq müharibəsinin əlillərindən (canbaz) biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar