SON XƏBƏRLƏR

Əkbər Mühaciri Təbrizin mərkəzi zindanına köçürülüb

2021.10.20, 07:36
Əkbər Mühaciri Təbrizin mərkəzi zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Əkbər Mühaciri oktyabrın 1-i (mehrin 9-ü) Təbrizin Sahib-ul əmr bazarında öz iş yerində yaxalanıb.

 

Cənab Mühacir ilk öncə islam inqilabı keşikçilər korpusunun (Sepah)  təhlükəsizlik bölməsinə aparılıb.

 

Məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal işgəncə edildikdən sonra Təbrizin mərkəzi zindanına intiqal edilib. Bir neçə gün sonra isə sorğu-suala tutulmaq üçün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb.

 

Son məlumata əsasən cənab Mühacir bir daha Mərkəzi zindana gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar