SON XƏBƏRLƏR

Amerika, Britaniya və Səudiyyə Ərəbistanından İrana ciddi mesaj...

2021.10.20, 07:36
Amerika, Britaniya və Səudiyyə Ərəbistanından İrana ciddi mesaj...

Gunaz.tv

GünAz TV: Şahzadə Türki əl-Fəysal deyib ki, İran Səudiyyə diplomatına qarşı hazırlanan hücuma görə cavab verməli olacaq.

Hərçənd ki, o nə kimi addımın atılacağını dəqiqləşdirməyib.

İranın sui-qəsddə iştirakının cavabsız qalmayacağını Böyük Britaniya və ABŞ (Amerika Birləşmiş Ştatları) da bildirib.

AFP agentliyinə istinadən hadisə Avropa paytaxtlarında narahatlıq doğurub.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd hazırlamaqda şübhəli bilinən iran mənşəli iki şəxsə ittihamlar təqdim olunub.

Vaşinqton sui-qəsdin İranın İnqilab Keşikçiləri ilə əlaqəli olduğunu bildirir.

Amerikanın dövlət katibi deyib ki, hadisə İranın nə kimi təhlükə təşkil etdiyini nümayiş etdirir.

Hillary Clinton Tehranı yeni sanksiyalarla (təhrimlərlə) hədələyib.

İran hər-hansı sui-qəsddə iştirak barədə ittihamları “əsassız” adlandırır. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar