SON XƏBƏRLƏR

Amerika İran aviaşirkətini (hava yolları şirkəti) terrora dəstək verməkdə ittiham etdi

2021.10.20, 07:36
Amerika İran aviaşirkətini (hava yolları şirkəti) terrora dəstək verməkdə ittiham etdi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın “Mahan” Hava Yolları Şirkətinin terrorizmə dəstək verdiyini iddia edib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ Ticarət Nazirliyi “Mahan” Hava Yolları Şirkətini İran İslam İnqilabını Mühafizə Korpusunun (SEPAH) Əl-Qüds qruplaşmasına maliyyə və texniki dəstək verdiyini bildirib. ABŞ “Mahan” Hava Yolları Şirkətini də sanksiya (təhrim) tətbiq etdiyi şirkətlərin siyahısına salıb.

Bu arada ABŞ dövlət katibi Hillari Klinton Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil El Cubeyri öldürmək üçün sui-qəsd planı (tərhi) hazırlamaqda günahlandırdığı İranın prosesləri (sürəc) təhlükəli bir şəkildə gərginləşdirdiyini söyləyib. Hillari Klinton dünya dövlətlərinin İrana qarşı ABŞ-a dəstək verməsini istəyib. O, Səudiyyə Ərəbistanı səfirinin öldürülməsinə hazırlıq kimi əməllərə görə İranın məsuliyyət daşımalı olduğunu və BMT-də (Birləşmiş Millətlər Təşkilatında) qınanması gərəkdiyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar