SON XƏBƏRLƏR

Tutuqlu azərbaycanlı fəal naməlum səbəbdən saxlanılır

2021.10.20, 07:36
Tutuqlu azərbaycanlı fəal naməlum səbəbdən saxlanılır

Gunaz.tv

GünAz TV: İranda tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə və ailəsinin dəfn mərasimində tutulan dinc mübariz Şəhram Yüzbaşının taleyi naməlum qalır.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Şəhram Yüzbaşının ailəsi Güney Azərbaycandakı hüquq müdafiəçilərinə bildiriblər ki, hazırda Xoy şəhərinin zindanında saxlanan azərbaycanlı fəalın azadlığa buraxılması üçün mülk girovu qoysalar da, zindan rəsmiləri bundan imtina edir. Azərbaycanlı fəalın konkret (açıq, müşəxxəs) nədə günahlandırılması bilinmir.

İbrahim Cəfərzadə həyat yoldaşı Mina Kəhrübayi və qızı Ayla ilə birlikdə sentyabrın (September) 26-da Təbriz-Xoy yolunda avtomobil qəzasında həlak olub. Onların dəfnində yüzlərlə fəal iştirak edib. ETTELAAT dəfnə müdaxilə edərək xeyli fəalı həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar