SON XƏBƏRLƏR

İran Amerikaya etiraz notasını İsveçrə səfirinə verib

2021.10.20, 07:36
İran Amerikaya etiraz notasını İsveçrə səfirinə verib

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) iki iranlını Səudiyyə Ərəbistanı səfirinə sui-qəsd cəhdində suçlamasından sonra İranının Xarici İşlər Nazirliyi İsveçrə səfirini çağıraraq ona etiraz notası təqdim edib.

 

İsveçrə səfiri Tehranda həmçinin ABŞ-ın maraqlarını təmsil edir.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ-a bu iddialarla bağlı yeni qarşıdurmanın ola biləcəyinə dair xəbərdarlıq edib.

 

Prezident Obama İranı beynəlxalq qanunları pozmaqda ittiham edib və İranın İnqilab Keşikçiləri (SEPAH) rəsmilərinə sanksiyalar (tətbiq)  tətbiq edib.

 

İki iranlı Səudiyyə Ərəbistanı səfirinə sui-qəsddə təqsirli biliniblər. ABŞ rəsmiləri onların İranın İnqilab Keşikçiləri ilə əlaqəli olduğunu deyib.

 

ABŞ-ın Baş Prokuroru (dadistan-i koll) Erik Holder deyib ki, sui-qəsd İran tərəfindən hazırlanıb və Tehran ona sponsorluq edib.

 

İran parlamentinin spikeri (sədri) Əli Laricani ABŞ-ın iddialarını "uşaq oyunu" adlandırıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar