SON XƏBƏRLƏR

Vaşinqton Timoşenkoya azadlıq istədi

2021.10.20, 07:36
Vaşinqton Timoşenkoya azadlıq istədi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Ukrayna hökumətini 7 il həbs cəzasına məhkum olunan sabiq baş nazir Yuliya Timoşenkonu azad etməyə çağırıb.

APA-nın İTAR-TASS agentliyinə (ajansına) istinadən verdiyi xəbərə görə, Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, Timoşenko barəsində çıxarılmış qərar məntiqsizdir. Bu gün Avropa Komissiyasının (komisyonunun) nümayəndəsi Maya Kasiyançıç bəyan edib ki, Avropa İttifaqı Timoşenko barədə çıxarılan qərarın siyasi motivli olduğunu hesab edir. Xatırladaq ki, Y. Timoşenko Kiyevin Peçora rayon (məhhələ,məntəqə) Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş baş nazir 2009-cu ildə Rusiya ilə təbii qaz razılaşmaları imzalayarkən səlahiyyət həddini aşmaqda və Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”a zərər vurmaqda günahkar bilinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar