SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları azərbaycanlı fəalların tutuqlanması ilə bağlı Bəyanat yayıblar

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları azərbaycanlı fəalların tutuqlanması ilə bağlı Bəyanat yayıblar

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol komandası (timi) tərəfdarları azərbaycanlı fəalların tutuqlanması ilə bağlı 10 nömrəli Bəyanatını yayıb.

 

Bəyanatda qısaca deyilir ki, “Urmu Gölü ilə bağlı keçirilən dinc etiraz yürüşləri diktator İran rejimi tərəfindən zorakılığa məruz qalıb və çoxsayılı azərbaycanlının tutuqlanması ilə yadda qaldı. Bu tutuqlamalar hələdə davam edir və azərbaycanlı fəalllara qarşı təzyiqlər səngimək bilmir.

 

Biz bütün komanda tərəfdarlarına çatdırmaq istəyirik ki, bundan sonra stadionlarda (stadyomlarda) tutuqlanan azərbaycanlı fəalların azadlığını daha çox tələb etməliyik. İranın rasist hakimiyyətinə də xəbərdarlıq edirik. Əgər Milli Hərəkat fəallarının tutuqlanması davam edərsə, tutuqlular azad edilməzsə və Urmu Gölünü qurumaqdan qurtarmaq üçün əməli bir tədbir həyata keçirilməzsə, biz yeni etirazlara dəvət edəcəyik.

 

“Azərbaycan Var olsun – Tutulanlar azad olsun”

“Səddləri sındırın  -  Urmu Gölün doldurun”

 

Qaynaq: “Traxtur”un Facebook səhifəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar