SON XƏBƏRLƏR

Vəhid Faizpurun saxlanılma qərarının müddəti uzadılıb

2021.10.20, 07:36
Vəhid Faizpurun saxlanılma qərarının müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Hazırda Xoy şəhərində saxlanılan azərbaycanlı fəal Vəhid Faizpurun saxlanılma müddəti oktyabrın 19-na (mehrin 27-nə) qədər uzadılıb.

 

Bu barədə onun ailəsinə, Xoy şəhərinin İnqilab Məhkəməsinə müraciət edilərkən deyilib.

 

Həmçinin qeyd ediblər ki, Faizpur qərarın müddəti bitdikdən sonra Urmu şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə göndərilə bilər.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal Cəfərzadə ailəsinin dəfn mərasimində yaxalanan tutuqlulardandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar