SON XƏBƏRLƏR

Məhkəmə “Traxtur” tərəfdarları barəsində ağır qərar çıxarıb

2021.10.20, 07:36
Məhkəmə “Traxtur” tərəfdarları barəsində ağır qərar çıxarıb

Gunaz.tv

GünAz TV: Təbrizin ümumi məhkəməsinin 4-cü şöbəsi “Traxtur” futbol komandası (timi) tərəfdarları barədə ağır hökm çıxarıb.

 

“Traxtur-Səba” müsabiqəsindən sonra yaxalanan 28 nəfər komanda tərədarları ümumi asayişi pozmaq, polisə tabe olmamaq, polisə aid əşyanı təxrib ekmək və ... kimi ittihamlarda suçlanıblar. Onlar bütövlükdə 186 ay həbs, 26 ay asılı həbs (şərti), 610 şallaq zərbəsi və təxminən 16000 dollar (16 milyon tümən) cəriməyə məhkum olublar.

 

Milad Məhəmmədiyan, Səccad Ğeybi, Səid Ğeybi, Bəhmən Məhərrəmi, Bəhmən Muradi, Səməd Muradi, Behzad Bəhremənd və Qurban Qurbanzadə 21 ay həbs və 50 zərbə şallağa məhkum olublar.

 

Ehsan İmamverdi, Mehdi Sasani, Məhəmməd Bafənde, Milad Əbdülzadə, Hüseyn Rəhimi, Səccad Mahmudi, Əli Yari Seraclu, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayi və Fəramərz Puladpur isə hər biri 91 gün həbs və 21 zərbə şallağa məhkum ediliblər. Ancaq onların vəziyyətinin üxsusiliyi ilə əlaqədar qərarın icrası 2 il müddətinə asılı (təliq) qalacaq.

 

Həmçinin Səccad Mahmudi, Əli Yari Seraclu, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayi və Ətabək Cabbarinin keçmişdə məhkumluq dosyelərinin olmaması nəzərə alınaraq  hər biri təxminən 200 dollar (200 min tümən) cəriməyə məhkum edilib.

 

Məhkəmə Həsən Pinevər, Mehdi Fəthiazər, Əfşar Zare, Məhəmməd Purməhəmməd, Ətabək Cabbari, Peyman Şücayi, Məcid Məhəmməd Əkbəri və Əmir Kufblurini 18 yaşdan az olduqlarına görə, yeniyetmələr məhkəməsinə göndərib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar