SON XƏBƏRLƏR

Tehranda azərbaycanlı fəal Behnam Şeyxi tutuqlanıb

2021.10.20, 07:36
Tehranda azərbaycanlı fəal Behnam Şeyxi tutuqlanıb

Gunaz.tv

GünAz TV: Bu gün səhər Tehranda azərbaycanlı fəal Behnam Şeyxi tutuqlanıb. Təhlükəsizlik qüvvələri Şeyxinin evinə hücum edərək onu yaxalayıblar.

 

Təhlükəsizlik qüvvələri Behnam Şeyxini döyərək yaxalayıb, onun ev və mağazasında axtarış aparıblar. Axtarış nəticəsində Şeyxiyə aid komputer, CD-lər, kitablar, əlyazmalar və bir sıra başqa şəxsi əşya zənt olunub.

 

Məmurlar azərbaycanlı fəal Behnam Şeyxini şəxsi əşyaları ilə birlikdə naməlum istiqamətə aparıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəal keçmiş illərdə də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar