SON XƏBƏRLƏR

İsveçdə Azərbaycanlıları Konqresi erməni yalanının üstünü açıb

2021.10.20, 07:36
İsveçdə Azərbaycanlıları Konqresi erməni yalanının üstünü açıb

Gunaz.tv

GünAz TV: İsveç Azərbaycanlıları Konqresi (İAK) İsveç İctimai Radiosuna və İsveç Miqrasiya (koç) Xidmətinə rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış material (sənəd) haqqında etirazını ifadə edib.

Trend-in məlumatına görə, bu barədə Konqresin çərşənbə günü yaydığı məlumatda deyilir.

Göstərilən materialda İsveçdən siyasi sığınacaq istəyən erməni ailəsi haqqında danışılır. Lakin İsveç Miqrasiya Xidməti onu yaşayış yeri ilə təmin etməkdən imtina etdiyinə görə bu ailə ölkəni tərk etməlidir.

İsveçin erməni diasporunu nümayəndəsi İsveç İctimai Radiosuna müsahibəsində iddia edib ki, Azərbaycana deportasiya (deport) olunacağı halda ailə məhv olunacaq. Materialda həmçinin erməni əhalisinin qırılması və Azərbaycandakı etnik təmizləmə barədə iftira yer alıb.

İAK İsveç İctimai Radiosuna müraciət edərək buraxılan kobud səhvin dərhal düzəldilməsini və bu materialın aşkar antiazərbaycan xarakterinin (mahiyyətinin) göstərilməsini tələb edib.

"Biz əminik ki, nə material müəllifi, nə də erməni diasporu göstərdikləri kobud antiazərbaycan təbliğatını əks etdirən faktları sübut edə biləcəklər", - İAK-ın məlumatında deyilir.

Konqres yol verilən səhvin dərhal süzəldilməsini və təkzib verilməsini tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar