SON XƏBƏRLƏR

Azərbaycan 60 pilotsuz (xələbansız) təyyarə alır

2021.10.20, 07:36
Azərbaycan 60 pilotsuz (xələbansız) təyyarə alır

Gunaz.tv

GünAz TV: Azərbaycan hökuməti ilin sonuna kimi milli ordunun silah arsenalına (silah zəxirəsi və anbarı) 60 İsrail istehsalı olan Orbiter 2M və Aerostar pilotsuz (xələbansız) təyyarələrinin çatdırılmasını təmin etməyi planlaşdırır (tərhini tökür).

Onların köməkliyi ilə Azərbaycan Ordusu İranın artan gücü, Ermənistanla münaqişə vəziyyətində olduğu bir halda öz imkanlarını xeyli genişləndirəcək.

   Bu razılaşmanın özəlliklərindən biri budur ki, pilotsuz təyyarələrin 30 faizi Azərbaycanda Baku"s Azad Systems Co. şirkəti tərəfindən yığılır. Bu razılıq iki hökumət arasındakı danışıqlar zamanı əldə edilib. İsrailin "Aeronautics Defense Systems of Israel" şirkəti pilotsuz təyyarələrin istehsalı ilə bağlı lisenziyanın (mücəvvizin) bir hissəsini Azərbaycana verməklə Türkiyə ilə 2010-cu ildən əlaqələrin kəsilməsinin ardından böyük həcmdə sifariş əldə etmiş olub. "Aeronautics Defense Systems of Israel" şirkəti "Israel Aerospace Industries" və "Elbit Systems" şirkətlərindən sonra İsraildə üçüncü böyük pilotsuz təyyarələr istehsal edən firma sayılır. Azərbaycan hökuməti tərəfindən təşkil edilən tenderdə (munaqisə) bu şirkət özünün rəqibləri sayılan TAI, "Baykar Makina" və "Global Teknik" kimi türk şirkətlərini qabaqlamağı bacarıb. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar