SON XƏBƏRLƏR

Tutuqlulardan 3-ü azadlığa buraxılıb, Mühaciri isə ETTELAATa göndərilib

2021.10.20, 07:36
Tutuqlulardan 3-ü azadlığa buraxılıb, Mühaciri isə ETTELAATa göndərilib

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, azərbaycanlı fəallar Məsud Cəlilzadə, Çəngiz Xorsəndi və Nəcəf Xanedani mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Məlumata görə, Məsud Cəlilzadə təxminən 10000 dollarlıq (10 milyon tümənlik), Çingiz Xorsəndi təxminən 30000 dollarlıq (30 milyon tümənlik) və Nəcəf Xanedani isə təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst buraxılıblar.

 

Son iki gündə buraxılan adını çəkdiyimiz azərbaycanlı fəallar sentyabrın 3-də (şəhrivərin 12-də) Urmu Gölü ilə bağlı keçirilən yürüşlərdə tutuqlanıblar.

 

Daha bir milli-məhbus məhbus Əkbər Mühaciri isə Təbrizin mərkəzi zindanından sorğu-suala tutulmaq üçün ETTELAATın təcridxanasına göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar