SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rəsul Rəzəvi tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Rəsul Rəzəvi tutuqlanıb

Gunaz.tv

GünAz TV: Təbrizdə Azərbaycanlı fəal Rəsul Rəzəvi milli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

Oktyabrın 9-da (mehrin 17-də) tutuqlanan milli-mədəni fəal Rəsul Rəzəvi öz iş yerində tutuqlanıb.

 

Xatırladaq ki, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları adını çəkdiyimiz azərbaycanlı fəalı yaxalamaq üçün bir dəfə onun evinə müraciət edib, ama yaxalamağa nail olmamışdılar.

 

Həmçinin ETTELAAT məmurları cənab Rəzəvi ilə əlaqə saxlayaraq onu idarəyə çağırıblar. Ancaq milli-mədəni fəal ETTELAATın bu qanunsuz çağırışına məhəl qoymayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar