SON XƏBƏRLƏR

Rusiyadan sonra Çin də Suriya hakimiyyətinə xəbərdarlıq etdi

2021.10.20, 07:36
Rusiyadan sonra Çin də Suriya hakimiyyətinə xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Çinin Xarici İşlər Nazirliyi Suriya iqtidarını islahat vədlərini qısa zamanda yerinə yetirməyə çağırıb.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyi Suriya iqtidarını islahat vədlərini qısa zamanda yerinə yetirməyə çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veimin mətbuat konfransında verdiyi açıqlamada bildirib ki, Suriya islahat vədlərini yerinə yetirmək üçün daha sürətli davranmalıdır. Qeyd edib ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin keçən həftə Suriya rejimini qınayan və hərbi əməliyyatlar davam edəcəyi təqdirdə rejimə qarşı sanksiyalar (təhrimlər) həyata keçirilməsini nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar