SON XƏBƏRLƏR

İran rejimi Azərbaycana qarşı mitinq düzənləyib

2021.10.20, 07:36
İran rejimi Azərbaycana qarşı mitinq düzənləyib

Gunaz.tv

İran hakimiyyəti diqqəti Güney Azərbaycandakı proseslərdən (sürəclərdən) yayındırmaq məqsədilə yeni planlarını (tərhlərini) gerçəkləşdirir. Məlumata görə, Güney Azərbaycanın Astara şəhərində Azərbaycan əleyhinə yürüş-mitinq keçirilib.

Aksiya (mitinq, göstəri) iştirakçıları orta məktəblərdə hicab qadağasının davam etməsi və bu qadağaya etiraz edən Azərbaycan İslam Partiyası rəhbərləri və dindarlar haqqında həbs qərarının çıxarılmasını pisləyiblər. APA-nın İran mətbuatına istinadən verdiyi məlumatda bildirirlir ki, Astara məscidində günorta namazından sonra bölgənin dini rəhbərinin fitvası ilə bir qrup dindar şəhər küçələrinə çıxaraq Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başlayıb. İştirakçılar “Qadın hicabının götürülməsi İsrail rejiminin planıdır, onun əsas hamisi lənətlənmiş Amerikadır!” və “Azərbaycan ibrət elə, ruhanini azad elə!” şüarları səsləndiriblər.

Oktyabrın (October) 9-da jurnalistlərlə görüşən İranın Qərbi Azərbaycan əyalətinin ədliyyə təşkilatının rəisi Məhəmmədəli Musəvi isə Urmu gölünün qurumasına etiraz edənləri Allaha qarşı çıxmaqda günahlandırıb. Urmu gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq bu ilin aprel ayından Güneydə aksiyalar başlanıb, bu aksiyalar sentyabrın 3-də (September) daha geniş vüsət alıb. Aksiyalara görə yüzdən çox azərbaycanlı fəal tutularaq həbsə salınıb. “Media forum” saytının məlumatına görə, M.Musəvi deyib ki, Urmu  gölünün qurumasına etiraz edənlər bu məsələdən öz siyasi məqsədləri üçün istifadə edir, sistemə qarşı çıxırlar: “Bu etirazlara qatılıb onu qızışdıranlar Allaha qarşı çıxanların planlarını həyata keçirirlər. Həmin şəxslərin fikrincə, Allaha qarşı da yürüş keçirmək olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar