SON XƏBƏRLƏR

Tehrandan Ankaraya təhdid

2021.10.20, 07:36
Tehrandan Ankaraya təhdid

Gunaz.tv

GünAz TV: İranın dini lideri Əli Xameneyniin hərbi sözcüsü ordu generalı Yahya Rəhim Səfəvi, Türkiyənin NATO hava hücumundan müdafiə sistemi və Suriya ilə bağlı siyasətindən imtina etməsinin gərəkli olduğunu bildirib.

 

Onun sözlərinə görə, əks halda Türkiyə bunun nəticələrinə cavab verməli olacaq. İran Baş Qərargahının ikinci adamı. general Məsud Cəzayeri də, "Türkiyə, İsrailə tam dəstək verməsinin hesabını verməlidir. Türkiyə strateji maraqlarını yenidən düşünməli və digər ölkələrin "acı tarixi təcrübəsindən" dərs almalıdır» deyib.

 

İran tərəfi Türkiyə İsrail arasındakı gərginliyin əslində olmadığını, iki ölkə arasında əməkdaşlığın davam etdiyini bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar