SON XƏBƏRLƏR

Azərbaycan müdafiə xərclərini artırır

2021.10.20, 07:36
Azərbaycan müdafiə xərclərini artırır

Gunaz.tv

GünAz TV: Müharibə şəraitində yaşayan Azərbaycan Respublikası (Cümhuriyyəti) gələn il özünün müdafiə xərclərini artıracaq.

 

GünAz TV mətbuat mərkəzinin Modern.az-a istinadən yaydığı məlumata görə, 2012-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanın müdafiə xərcləri 1 milyard 381 milyon 347 min manat məbləğində proqnozlaşdırılıb (öngörüb, pişbini edib) ki, bu da 2011-ci illə müqayisədə 1,2 faiz çoxdur.

 

Məqsəd Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir.

 

Modern.az saytının Maliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, müdafiə xərclərinə 2012-ci ilin dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində vəsait nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar