SON XƏBƏRLƏR

Libi Suriya müxalifətçilərini qanuni hakimiyyət kimi tanıyıb

2021.10.20, 07:36
Libi Suriya müxalifətçilərini qanuni hakimiyyət kimi tanıyıb

Gunaz.tv

GünAz TV: Liviyanın (Libinin) yeni hökuməti müxalif Suriya Milli Şurasını Suriyada yeganə qanuni hakimiyyət orqanı kimi tanıyıb.

 

Liviya rəhbərliyi suriyalı müxalifətçilərin tanınmasından başqa, bu ölkənin Tripolidəki (Trablosdakı) səfirliyinin bağlanıldığını da elan edib. Bu barədə Gün.Az Lenta.Ru-ya istinadən xəbər yayıb.

 

Qeyd edək ki, Liviya Suriya Milli Şurasını tanıdığını bəyan etmiş ilk ölkə olub. Hələlik digər ölkələr tərəfindən mümkün analoji addımlar barədə məlumat yoxdur. Bununla yanaşı, oktyabrın (October) 10-da bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri Suriya müxalifətçilərinin hərəkətlərini alqışlayaraq, Şuranın yaradılmasını “irəliyə doğru müsbət addım” adlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar