SON XƏBƏRLƏR

İrana qarşı daha bir sanksiya (təhrim)

2021.10.20, 07:36
İrana qarşı daha bir sanksiya (təhrim)

Gunaz.tv

GünAz TV: Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (əncüməni) İran aviasiya (həvanəvərdi, havacılıq) şirkəti “İranAir”lə bütün əməkdaşlığı dayandırıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) ictimai əlaqələr şöbəsinin baş direktoru Antoni Konsil BBC-yə açıqlamasında “İranAir”lə əməkdaşlığın dayandırılmasını ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qoyduğu sanksiyalarla (təhrimlərlə) əlaqədar olduğunu bildirib: “Biz İrana qarşı sanksiyaları nəzərə alaraq oktyabrın 5-dən “İranAir”ə verdiyimiz bütün xidmətləri dayandırmışıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar